Azərbaycan klubu şərtləri razılaşdırdı - Bu gün-sabah AÇIQLANACAQ

09:00 Araz-Naxçıvan 135
Azərbaycan klubu şərtləri razılaşdırdı - Bu gün-sabah AÇIQLANACAQ

Yuri Maksimovun “Araz Naxçıvan”ın baş məşqçisi olacağı dəqiqləşib.

57 yaşlı mütəxəssis hazırda Bakıdadır.

O, 2 gün öncə ölkəmizə təşrif buyurub. Ukraynalı ilə müqavilə şərtləri razılaşdırılıb. Buna əsasən, ən azı 2027-ci ilin iyun ayınadək burada işləyəcək.

”Ağ-qırmızılar”ı Premyer Liqada yüksək yerlər uğrunda mübarizə aparan komanda həddinə çatdırarsa, gələn mövsümü də burada keçirəcək. Təyinatın bu gün, uzaqbaşı, sabah açıqlanması nəzərdə tutulub.

Y.Maksimov Azərbaycan futboluna tanış simadır.

O, “Araz Naxçıvan”ın faktiki sahibi olan Zaur Axundovla birgə 2017-2018-ci illərdə “Keşlə”də işləyib, komandaya Azərbaycan kubokunu qazandırıb. Qəsəbə təmsilçisi Qəbələdə keçirilən finalda eyniadlı rəqibə 2:0 hesabıyla qalib gəlib.

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında keçirdiyi 6 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb. Dünən klub uğursuz nəticəyə görə baş məşqçi Cavid Hüseynovu istefaya göndərib.

Ukraynalı mütəxəssis karyerası ərzində “Dnepr-1”, “Krivbass”, “Taraz” və digər klubları da çalışdırıb.

Onun son iş yeri 2025-ci ilin yayında ayrıldığı “Vorskla” olub. Maksimov 2019/20 mövsümündə Poltava təmsilçisini Ukrayna kubokunun finalına çıxarıb.

2026-cı ilin yanvar-may aylarında “Araz-Naxçıvan”ı digər ukraynalı Andrey Demçenko çalışdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!