Yeni rəhbərlik “Xəzər Lənkəran”ın əfsanəvi hücumçusunu geri qaytardı

14:00 I Divizion 212
Yeni rəhbərlik “Xəzər Lənkəran”ın əfsanəvi hücumçusunu geri qaytardı

«Xəzər Lənkəran»ın əfsanəvi hücumçusu Zaur Ramazanov köhnə iş yerinə dönüb.

Dörd il öncə Mahmud Qurbanovun köməkçisi kimi «Səbail»də çalışan keçmiş forvarda yeni vəzifə verilib.

Ona klubun seleksiya fəaliyyətinə rəhbərlik etmək tapşırılıb.

Bu, yeni rəhbərliyin qərarıdır. «Səbail»i Premyer Liqaya qaytarmağı qarşısına məqsəd qoyan sponsorlar Ramazanovun köməyinə ehtiyac duyub.

O. həm əsas komanda, həm də akadjemiya ilə əlaqəli çalışacaq.

Bu sahədə isə Ramazanovun bəlli bir təcrübəsi var. Artıq neçə ildir ki, AFFA-da həmin işi görür.

SPORTİNFO.AZ

"Riad Rəfiyev qardaşımdan heyif çıxır" - Zaur Ramazanov

Digər Xəbərlər
Xəbər Lenti