“Beşiktaş”ın kapitanı ilə maraqlanır - Premyer Liqa nəhəngi

22:00 İngiltərə 136
“Beşiktaş”ın kapitanı ilə maraqlanır - Premyer Liqa nəhəngi

“Beşiktaş”ın yarımmüdafiəçisi və kapitanı Orkun Kökçü karyerasını İngiltərənin top-klublarından birində davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” 25 yaşlı futbolçunun çıxışını yaxından izləyir.

Bundan başqa, İngiltərənin daha iki klubu da Kökçü ilə maraqlanır. Həmin klubların adları açıqlanmayıb.

“Transfermarkt” Türkiyə millisinin üzvünün bazar dəyərini 25 milyon avro qiymətləndirir. Onun “Beşiktaş”la müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.

Kökçü cari mövsümdə Türkiyə Super Liqasında 6 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti