Üç günlük möhlət verilən klub xəbərdarlığa məhəl qoymadı, liqaya buraxılmadı

07:30 Basketbol 124
Üç günlük möhlət verilən klub xəbərdarlığa məhəl qoymadı, liqaya buraxılmadı

"Şəki" komandasının Azərbaycan Basketbol Liqasına (ABL) buraxılmamasının səbəbi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi yarışın Əsasnaməsinin tələblərini yerinə yetirmədiyi üçün bu halla üzləşib.

"Şəki"yə bununla bağlı müvafiq xəbərdarıq edilib və sənədlərin qeydiyyatı zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün ABL İdarə Heyəti tərəfindən müəyyən vaxt verilib. Bu müddət ərzində çatışmazlıqlar aradan qaldırılmadığı üçün komanda yarışdan kənarlaşdırılıb.

"Şəki" 2026/2027 mövsümündə ABL 2-də mübarizə aparmalı olacaq.

İdarə Heyəti daha sonra ABL 2 klublarına rəsmi dəvətnamə ünvanlayıb və qeydiyyat şərtlərinin yerinə yetirilməsi üçün 3 gün müddət təyin edib.

Həmin vaxt başa çatdıqdan sonra "Şəki"ni Azərbaycan Basketbol Liqasında "Sumqayıt"ın əvəzləməsi qərara alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM