“Sportinfo TV”də yayımlanan “Sport Xəbər” izləyicilərin görüşünə gəlib.
Xəbər büllütenində bəzi məlumatlar diqqətə çatdırılıb.
Bildirilib ki, «Xəzər Lənkəran»ın əfsanəvi hücumçusu Zaur Ramazanov köhnə iş yerinə dönüb. Dörd il öncə Mahmud Qurbanovun köməkçisi kimi «Səbail»də çalışan keçmiş forvarda yeni vəzifə verilib.
Ona klubun seleksiya fəaliyyətinə rəhbərlik etmək tapşırılıb. Ramazanov həm əsas komanda, həm də akadjemiya ilə əlaqəli çalışacaq.
Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun Türkiyə karyerası qısa çəkə bilər. 26 yaşlı oyunçunun “Bursaspor”dakı performansı məşqçilər korpusunu məyus edir.
Təsadüfi deyil ki, Toral I Liqanın 8-ci turunda “Batman Petrolspor”la səfər matçının (1:0) 36-cı dəqiqəsində zəif çıxışına görə əvəzlənib.
Bayramovu start heyətində meydana buraxdığı üçün yerli media və azarkeşlər tərəfindən ciddi tənqidlərə məruz qalan baş məşqçi Mustafa Er ən azı bir müddət onu ehtiyatda saxlamaq qərarına gəlib.
Sol cinah müdafiəçisi qısa müddətdə özünü doğrulda bilməsə, qış fasiləsində hansısa kluba icarəyə verilməsi nəzərdən keçirilə bilər.
Yuri Maksimov karyerasını yenidən Azərbaycanda davam etdirəcək. 57 yaşlı mütəxəssis “Araz-Naxçıvan”ın təklifini qəbul edib.
O, “Araz Naxçıvan”ın faktiki sahibi olan Zaur Axundovla birgə 2017-2018-ci illərdə “Keşlə”də işləyib. Baş məşqçi kimi bu komandaya Azərbaycan kubokunu qazandırıb.
Ukraynalı mütəxəssis karyerası ərzində “Dnepr-1”, “Krivbass”, “Taraz” və digər klubları da çalışdırıb.
Onun son iş yeri 2025-ci ilin yayında ayrıldığı “Vorskla” olub. Maksimov 2019/20 mövsümündə Poltava təmsilçisini Ukrayna kubokunun finalına çıxarıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
