“Milliyə daha təcrübəli oyunçuları çağırsaydım, bu, tənqidlərə səbəb olacaqdı”

00:10 İtaliya 60
“Milliyə daha təcrübəli oyunçuları çağırsaydım, bu, tənqidlərə səbəb olacaqdı”

İtaliya millisinin baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün açıqladığı heyət haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, gənc futbolçuları dəvət etməsinin səbəbini açıqlayıb:

“Daha təcrübəli oyunçuları çağırsaydım, bu, tənqidlərə səbəb olacaqdı. Gənc futbolçuları dəvət etdim, çünki onlarla şəxsən tanış olmaq vacibdir.

Bu, gələcəkdə uğurlu komanda qurmaq üçün lazımdır. Qısa müddətdə qarşıdakı dörd il ərzində kimlərə güvənə biləcəyimizi müəyyənləşdirməliyik”.

İtaliya millisi yaxın zamanda Millətlər Liqasında 4 oyun keçirəcək. İtalyanların rəqibləri Belçika (25 sentyabr), Türkiyə (28 sentyabr və 5 oktyabr) və Fransa (2 oktyabr) yığmaları olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM