“Liverpul”un transfer siyahısında qalmaqda davam edir – Qambiyalı vinger

15:40 İngiltərə 98
“Liverpul”un transfer siyahısında qalmaqda davam edir – Qambiyalı vinger

“Brayton”un vingeri Yankuba Minte “Liverpul”un transfer siyahısında qalmaqda davam edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubu qış transfer dönəmində 22 yaşlı futbolçunu heyətinə qatmaq üçün yenidən cəhd göstərə bilər.

“Liverpul” daha əvvəl Minte ilə müqavilə imzalamağa çalışsa da, tərəflər razılığa gələ bilməyib.

Qambiyalı vinger 2024-cü ilin yayından “Brayton”da çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.

“Transfermarkt” Minteyə 45 milyon avro qiymət qoyub.

Digər Xəbərlər
Xəbər Lenti