Azərbaycan millilərinin növbəti rəqibləri bəlli oldu - Yunanıstan və Ermənistan

08:10 Şahmat 135
Azərbaycan millilərinin növbəti rəqibləri bəlli oldu - Yunanıstan və Ermənistan

Azərbaycan millilərinin Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, kişilərdən ibarət komanda VII turda Yunanıstanla üz-üzə gələcək.

Qadınlar isə Ermənistandan olan rəqibləri ilə qarşılaşaşacaqlar.

VII turun görüşləri sentyabrın 23-də baş tutacaq. Kişilərdən ibarət komanda 6 turdan sonra 10 xalla 12-ci, qadınlardan ibarət seçmə 10 xalla 9-cu pillədə qərarlaşıb.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM