Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi, yeniyetmələr arasında ikiqat dünya çempionu İlahə Qədimova Özbəkistanda təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında seans keçirib.
Sportinfo.az xəbər verir ki, bu barədə AŞF-nin mətbuat xidmətindən bildirilib.
Qurum rəsmisi eyni vaxtda bir neçə lövhədə şahmat oynayıb.
Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
