İki həmyerlimiz mərhələ adladı - Avropa çempionatında

04:20 Boks 59
İki həmyerlimiz mərhələ adladı - Avropa çempionatında

Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.

Nəbi İsgəndərov (70 kq) 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkib. Boksçumuz ardıcıl 3-cü döyüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27).

İsgəndərov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Onun finala gedən yolda rəqibi Con MakKonnell (İrlandiya) olacaq.

Səidcəmşid Cəfərov (75 kq) 1/8 finalda Muksim Abdullayla (Almaniya) üz-üzə gəlib.

Dünya çempionatının mükafatçısı hər 3 raundu xeyrinə bitirib və yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Kevin Skottla (İsveç) qüvvəsini sınayacaq.

Hər 2 görüş sentyabrın 23-də keçiriləcək. Yarışa sentyabrın 25-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM