Ötən mövsümün parlayan simalarından biri də "Şamaxı"nın üzvü Oruz Məmmədov oldu.
Futbolçu əsas komandada 35 oyunda meydana çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Orta sahə oyunçusu bu mövsüm də özünü yaxşı tərəfdən göstərməyi bacarır. Geridə qalan 6 turun hamısında meydanda olan Oruc "Şamaxı"nın orta xəttinin əsas simalarından biridir.
O, bunun nəticəsində Azərbaycan milli komandasının heyətinə ilk dəfə dəvət alıb.
Ayxan Abbasov qarşıdakı oyunlarda 22 yaşlı yarımmüdafiəçini də sərəncamında görmək qərarına gəlib və Oruc millinin 30 nəfərlik geniş heyətində yer alıb.
Oruz Məmmədov keçirdiyi sevinci Sportinfo.az-la bölüşüb:
"Milli komanda hamının xəyalıdır. Çox xoşbəxtəm. Daha çox çalışacam ki, oranın daimi üzvü olum.
Özümü hazır hiss edirəm. Millidə təcrübəli oyunçularımız var. İnanıram ki, onlarla birlikdə uğurlu ola biləcəyik".
XANOĞLAN
