Joze Mourinyonun “Real”ın baş məşqçisi kimi gələcəyi ilə bağlı yeni məlumat yayılıb.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi hələ də Mourinyonun komanda üçün uyğun məşqçi olduğuna inanır.
Klubda hesab edirlər ki, komandanın paltardəyişmə otağında eqosu yüksək olan çoxlu futbolçu var və yalnız Mourinyo kimi böyük məşqçi belə heyətin öhdəsindən gələ bilər.
Portuqaliyalı mütəxəssis cari mövsümün startından əvvəl “Real”ın baş məşqçisi təyin olunub.
Madrid təmsilçisi onun rəhbərliyi altında La Liqada keçirdiyi 7 oyundan sonra 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Kral klubu” lider “Barselona”dan 6 xal geri qalır.
