"Formula 1"in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirdi

04:30 Digər növlər 79
"Formula 1"in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirdi

İtaliyanın "Formula 1" komandası "Visa Cash App Racing Bulls" qarşıdan gələn Bakı Qran-prisi üçün ənənəvi Azərbaycan xalçası üslubunda tərtib edilmiş parlaq poster təqdim edib.

Spotinfo.az xəbər verir ki, poster komandanın "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub.

Rəngarəng ornamentlərlə əhatə olunmuş "Racing Bulls" bolidi kompozisiyanın mərkəzi elementi olub. İşin müəllifi Şennon Marriottdur.

"Bakıya qayıdırıq. Bu həftəki yarış üçün möhtəşəm posterə görə Şennon Marriotta təşəkkür edirik", - komandanın paylaşımında bildirilib.

"Racing Bulls" komandası İtaliyanın Faentsa şəhərində yerləşir və "Red Bull" ailəsinə daxildir. 2026-cı il mövsümündə komandanın heyətində yeni zelandiyalı Liam Louson və britaniyalı Arvid Lindblad çıxış edir.

Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində Bakı şəhər halqasında keçiriləcək. Yarış sentabrın 26-sı baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM