AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 6-cı turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, o, "Qəbələ" - "Neftçi", "Qarabağ" - "Şəfa" və "Şamaxı" - "Araz-Naxçıvan" görüşlərindəki epizodları dəyərləndirib.
R.Həsənov "Qəbələ" - "Neftçi" matçının baş hakimi Cavid Cəlilovun bir epizodda səhv qərar verdiyini bildirib.
Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
