Premyer Liqanın 6-cı turu çərçivəsində baş tutan “Turan Tovuz” –“Zirə” qarşılaşması (1:0) həftəyə damğa vurdu.
Söhbət təkcə meydan sahiblərinin son saniyələrdə vurduğu qələbə topundan getmir.
Hakimin final fitindən sonra iki komandanın məşqçi və futbolçu heyəti arasında yaşanan münaqişə müzakirələrə səbəb oldu.
AFFA İntizam Komitəsi ötən şənbə Tovuzda keçirilmiş qarşılaşmada baş verənlərlə bağlı ciddi addımlar atacaq.
Burada söhbət hər iki kluba, xüsusən də “Turan Tovuz”a tətbiq olunacaq pul cəzasından və xüsusi xəbərdarlıqdan gedir.
AFFA nümayəndəsi Asif Əliyev gözləri qarşısında baş verən hadisələri telefonunun yaddaşına köçürərək komitəyə təqdim edib. Mediada yayılmış videogörüntülərdə də komitə üçün lazımlı dəlillər var.
Ehtimal olunur ki, bu qarşılaşma ilə bağlı İntizam Komitəsi 20 min manatdan artıq cərimə yazacaq.
HƏBİB /SPORTİNFO.AZ
