“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi yığma komandadakı karyerasını bitirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesabında “Sonuncu oyun. Ömürlük bir forma” paylaşımını edib.
Messi Argentina millisində son oyununu oktyabrın 6-da, Benin yığmasına qarşı keçirəcək.
Forvard Argentina millisində ümumilikdə 207 oyuna çıxıb, 125 qol vurub və 68 məhsuldar ötürmə edib. O, yığma komanda ilə dünya çempionu olub və iki dəfə Amerika kubokunu qazanıb.
