“Liverpul”un vingeri Rio Nqumoa yaxın vaxtlarda klubla yeni müqavilə imzalayacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
Tərəflər 18 yaşlı futbolçunu uzun illər klubda saxlamaq üçün yeni müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər
. Bildirilir ki, Nqumoanın müqavilə şərtləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. Buna səbəb klub rəhbərliyinin gənc oyunçunun inkişafını yüksək qiymətləndirməsidir.
Daha əvvəl “Arsenal”ın hücumçuya ciddi maraq göstərdiyi bildirilmişdi.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 5 matçda meydana çıxıb. Onunla maraqlanan “Arsenal” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqiblərindən biridir.
