AFFA-nın milli ilə bağlı bütün planları alt-üst olur?

11 Mart 2020 23:00 Milli komanda 975
AFFA-nın milli ilə bağlı bütün planları alt-üst olur?

Azərbaycan millisinin martın sonlarında Maltada təşkil olunması planlaşdırılan təlim-məşq toplanışı və hazırlıq çərçivəsində iki yoxlama oyununun keçirilməsi təhlükə altına düşüb.

Sportinfo.az xəbər verir ki, bu təhlükə Malta Futbol Assosiasiyasının (MFA) yaydığı bəyanatdan sonra daha da artıb.

Ölkədə koronavirusun aşkarlanmasından sonra səhiyyə orqanları bir sıra məhdudlaşdırıcı addımlar atıb. Səhiyyə Nazirliyi ilə sıx təmasda olan MFA futbol tədbirlərinin bütün iştirakçılarının sağlamlığını və təhlükəsizliyini nəzərə alaraq müvafiq qərarla çıxış edib.

Assosiasiya qarşıdakı bir həftə ərzində ölkə ərazisində təşkil olunacaq bütün matçlar üçün azarkeş sayına limit qoyub. Hər oyuna maksimum 2000 tamaşaçı buraxılacaq.

MFA bu məhdudiyyətin daxili və beynəlxalq oyunlara tətbiqi müddətinin artırılmayacağına ümidvar olduğunu açıqlayıb.

Martın 11-17-nə şamil olunan bu qərardan sonra necə olacağına isə hadisələrin axarı aydınlıq gətirəcək. Lakin koronavirusun yayılma sürətinin səngiməməsi nikbin düşünməyə əsas vermir.

Bu isə Azərbaycan və Lixtenşteyn yığmalarını qəbulu, onların toplanışını təşkilini və yoxlama matçlarının keçirilməsini sual altında qoyur.

Yoxlama görüşlərinin baş tutması, amma azarkeş sayındakı məhdudiyyətin uzadılması üzündən az fanat önündə oynanılması da istisna edilmir.

Millimiz martın 26-da Lixtenşteyn, 30-da Malta ilə yoxlama oyunu keçirməlidir. Hər iki matç Maltada təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"