Misli Premyer Liqasının VIII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlub olmayan iki komandadan biridir.
Hazırda turnir cədvəlinə başçılıq edən "Neftçi" uğurlu seriyanı davam etdirməyə çalışacaq. "Ağ-qaralar" sonuncu dəfə 5 tur əvvəl məğlubiyyətlə üzləşib.
Turun mərkəzi matçı saat 19:00-da start götürəcək.
Günün ilk oyununda isə "Qəbələ" "Sabah"la münasibətlərə aydınlıq gətirəcək. 4 gün əvvəl Çempionlar Liqasının əsas mərhələsində "Slaviya"ya (Çexiya) qalib gələn son çempion bu dəfə bölgə kollektivinin müqavimətini qırmağa çalışacaq.
Cari mövsüm cəmi 1 qələbəsi olan "qırmızı-qaralar" isə sürpriz nəticəyə ümid edir. Qəbələ şəhər stadionundakı bu oyun saat 16:00-da başlayacaq.
Turnir cədvəlinə 16 xalla "Neftçi" başçılıq edir. Eyni xala malik iki komanda - "Sabah" və "Qarabağ" kollektivləri müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar. 4 xala malik "Qəbələ" isə onuncudur.
16:00. "Qəbələ" – "Sabah" 0:4
Qollar: Abdula Xaybullayev 45+1, Aleksey İsayev 74, 90+3, Coy Lens Mikels 88
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu
"Qəbələ": 1. Səlahət Ağayev (k), 4. Elvin Camalov, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 23. Rafael Utziq, 6. Xayme Syerra, 16. İsaak Amoah, 80. Meşak Uboçioma, 3. Edson Eduardo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 81. Samir Ağayev, 2. Aqşin Yaqubov, 21. Ziya Şəkərxanov, 8. Endri Çekici, 7. Bruno Silva, 5. Natan Monzanqo
Baş məşqçi: Yeton Bekiri
"Sabah": 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 33. Junior Almeyda, 88. Rodriqo Fernandeş, 34. Ksander Severina, 18. Karlos Eduardo, 23. Yunes Laşaab, 35. Cafet Bulus
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 16. Rauf Rüstəmli, 9. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 11. Kahim Parris, 99. Patrik Mbina, 7. Umarali Raxmonaliyev, 4. Eyden Makkarti, 8. Kristian Nvaçukvu
Baş məşqçi: Valdas Dambrauskas
19:00. "Qarabağ" – "Neftçi" 3:3
Qollar: Aleksey Kaşuk, 18, Renaldo Sefas, 88, Kadi Borges, 90+4 - Qustavo Klisman, 11, 34, Draqolyub Saviç, 52
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
VAR: Əli Əliyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüsyenov.
Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (k), 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 5. Bruno Lanqa, 9. Zəkəriyə Savo, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 4. Bense Varkonyi.
Ehtiyat oyunçular: 23. Martin Zlomisliç, 12. Teymur Həsənov, 55. Bədavi Hüseynov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 10. Xoni Montiel, 29. Renaldo Sefas, 11. Reda Xadra, 88. Samuel Lobato, 39. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
"Neftçi": 93. Rza Cəfərov, 3. Rüfət Abbasov, 77. Falaye Sako (k), 5. İqor Ribeyro, 55. Endryu Qravilyon, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 26. Adeleke Akinyemi, 20. Qustavo Klisman, 88. Viçko Şevel, 11. Alen Şkribek.
Ehtiyat oyunçular: 81. Məhdi Həsənov, 8. Emin Mahmudov, 14. Elvin Bədəlov, 7. Emil Səfərov, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 97. Bassala Sambu, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas, 22. Denzel Jubitana, 27. Draqolyub Saviç.
Baş məşqçi: Yuri Vernidub.
