Derbi öncəsi “Neftçi”dən iddialı açıqlama: “Bizi yalnız və yalnız qələbə düşündürür”

16:40 Neftçi 1 168
Derbi öncəsi “Neftçi”dən iddialı açıqlama: “Bizi yalnız və yalnız qələbə düşündürür”

Azərbaycan futbolunun əzəli rəqibləri “Qarabağ” və “Neftçi” cari mövsümdə ilk dəfə üz-üzə gələcək.

Premyer Liqanın 8-ci turunun mərkəzi qarşılaşması çempionluq yarışına girən hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır.

Hazırda həm ağdamlıların, həm də bakılıların aktivində 16 xal var. Bu baxımdan qələbə qazanan tərəf nəinki rəqibindən uzaqlaşacaq, həm də çempionluq mübarizəsində əlavə motivasiya əldə edəcək.

Odur ki, azarkeşləri gərgin və prinsipial mübarizə vəd edən qarşılaşma gözləyir.

“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Qustavo Klisman da qarşıdakı Azərbaycan derbisi ilə bağlı Sportinfo.az-a danışıb:

“Ötən həftə “Sabah’ı yaxşı təhlil edib, oyuna lazımınca hazırlaşmışdıq. Fikrimcə, 90 dəqiqə ərzində rəqibdən heç də geri qalmadıq.

Hətta bir neçə qol imkanımız da var idi, qələbə qazana bilərdik. Bu oyun “Neftçi”nin hazırkı vəziyyətini göstərdi.

Komandada motivasiya yüksəkdir. ‘Qarabağ’la oyuna da yaxşı əhval-ruhiyyədə hazırlaşmışıq.

Turnir cədvəli baxımından və çempionluq yolunda bizi olduqca vacib qarşılaşma gözləyir.

Meydanı qalib tərk etmək üçün əlimizdən gələni edəcəyik. Bu oyunda bizi yalnız və yalnız qələbə düşündürür”.

Oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşması saat 19:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti