Premyer Liqanın 8-ci turu Azərbaycan derbisi ilə yadda qalacaq.
Ölkə çempionatlarının hamısında iştirak etmiş "Qarabağ" və "Neftçi" üz-üzə gələcək.
Son illər daha çox sevinən, qələbə qazanan tərəf Ağdam klubu olub.
Amma bu dəfə "ağ qaralar" da yaxşı günlər keçirir.
Yuri Vernidubun komandasına inananlar az deyil.
Onlardan biri də Azərbaycan millisinin veteran hücumçusu Vaqif Cavadovdur.
Sportinfo.az-a açıqlama verən Cavadov son illərin ən yaxşı derbisinin baş tutacağını inamla dilə gətirib:
"Son zamanlar "Qarabağ" tədricən öz oyun formasını bərpa edir. "Neftçi"də də həmçinin görünür ki, irəliləyiş var. "Sabah"la oyunda yaxşı futbol oynadılar. Maraqlı oyun olacağını gözləyirəm.
Məncə, çoxdandır gözlədiyimiz derbiyə şahid olacağıq. Çünki hər iki kollektiv bir-birinə qalib gələ bilər.
Artıq "Qarabağ" açıq-aşkar favorit deyil. Maraqlı oyun olacaq. Hər iki kluba uğur arzulayıram. Güclü olan qalib gəlsin".
XANOĞLAN / SPORTİNFO.AZ
