Sərdarın transferi uğrunda mübarizəyə qoşuldu - “Yuventus”

11 Yanvar 2022 18:40 İtaliya 598
Sərdarın transferi uğrunda mübarizəyə qoşuldu - “Yuventus”

“Zenit”in hücumçusu Sərdar Azmun İtaliya nəhəngi “Yuventus”un maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Canluiki Di Martsio yayıb.

“Yuve”nin hücumçusu Federiko Kyeza ciddi zədələnib. Onun dizində ön çarpaz bağlar qopub. Hücumçu ən azı mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

Kyezonun zədələnməsindən sonra Turin nəhəngi hücumçu transfer etməyi planlaşdırır. Əsas hədəf də iranlı Sərdar Azmundur.

Məlumata görə, Azmunun transferində baş məşqçi Massimiliano Alleqri də maraqlıdır. Üstəlik, onun transferi baha başa gəlməyəcək.

Futbolçunun “Zenit”lə müqaviləsi yayda başa çatdığı üçün qışda onu münasib qiymətə almaq mümkündür.

Azmuna Fransa “Lionu”da ciddi maraq göstərir.

Digər Xəbərlər
Xəbər Lenti