Premyer Liqanın 3 klubunun hədəfindədir - “Napoli”nin yarımmüdafiəçisi

21:40 İtaliya 86
Premyer Liqanın 3 klubunun hədəfindədir - “Napoli”nin yarımmüdafiəçisi

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin gələn yay İngiltərəyə qayıtması gündəmə gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Nyukasl” və “Aston Villa” 29 yaşlı futbolçunun transferində maraqlıdır.

Maktomineyin “Napoli” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir. Lakin yeni müqavilə imzalanması gözlənilmir və oyunçunun gələn yay İtaliya klubundan ayrılacağı ehtimal olunur.

Maktominey “Napoli”yə keçməzdən əvvəl 7 il “Mançester Yunayted”də çıxış edib və 2024-cü ildə İtaliya klubuna transfer olunub.

“Transfermarkt” onun bazar dəyərini 40 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti