“Yuventus” heyətini yeniləməyi və çoxlu transferlər həyata keçirməyi planlaşdırır.
Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, İtaliya klubunun mümkün transferlər siyahısında 8 futbolçunun adı yer alıb.
Siyahıda “Liverpul”dan qapıçı Alisson Bekker, “Udineze”dən müdafiəçi Umar Sole, “Leyptsiq”dən yarımmüdafiəçi David Raum, “Kristal Pelas”dan müdafiəçi Tayrik Miçell və hücumçu Jan-Filipp Mateta, “Napoli”dən yarımmüdafiəçi Stanislav Lobotka, “Mançester Siti”dən yarımmüdafiəçi Mateo Kovaçiç, həmçinin, “Real”dan yarımmüdafiəçi Brahim Dias var.
“Yuventus” cari mövsümdə A Seriyasında beş turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
