“Yuventus” yaxın gələcəkdə Kənan Yıldızla yollarını ayırmağı planlaşdırmır.
Türkiyəli futbolçu uzun müddətdir Avropanın top-klublarının maraq dairəsindədir.
Ancaq onu Turin təmsilçisindən transfer etmək asan olmayacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” Yıldızın satışından 120-150 milyon avro qazanmaq istəyir.
Hücumameyilli futbolçu ilə “Real”, “Bayern”, “Arsenal” və “Tottenhem” maraqlanır.
“Transfermarkt” portalı 21 yaşlı futbolçunun bazar dəyərini 75 milyon avro qiymətləndirir. Onun “Yuventus”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.
