Braziliyalı müdafiəçini 22 milyon avroya ala bilərlər

13:10 İtaliya 82
Braziliyalı müdafiəçini 22 milyon avroya ala bilərlər

“Komo” Dortmund “Borussiya”sından icarəyə götürdüyü Yan Koutonun çıxışından razıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi 24 yaşlı müdafiəçinin transfer hüquqlarını gələn yay 22 milyon avroya almaq variantını nəzərdən keçirə bilər.

Kouto hazırda Sesk Fabreqasın rəhbərlik etdiyi komandanın əsas futbolçularından biridir. Braziliyalı müdafiəçi bu mövsüm A Seriyasında 5 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib.

“Komo” hazırda 10 xalla A Seriyasında turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!