“Parma”nın yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, A Seriyası təmsilçisinin rəhbərliyi italiyalı mütəxəssis Alberto Cilardinyo ilə danışıqları uğurla başa çatdırıb.
44 yaşlı məşqçi Karlos Kuestanı əvəzləyəcək. Kuesta vəzifəsindən ayrılmaq qərarına gəlib.
Cilardinyo daha əvvəl “Piza”, “Cenoa”, “Siena” və digər klublarda baş məşqçi kimi çalışıb.
“Parma” A Seriyasının ilk 5 turunda 4 xal toplayıb və turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Komanda növbəti matçını oktyabrın 10-da, səfərdə “İnter”ə qarşı keçirəcək.
