“Milan”ın müdafiəçisi Fikayo Tomori klub rəhbərliyi ilə yeni müqavilə danışıqlarında razılığa gələ bilməyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə “qırmızı-qaralar” arasında danışıqlar dalana dirənib.
Tomori gələn yay azad agent kimi İtaliya klubundan ayrılmağa yaxındır.
İngiltərəli müdafiəçi 2021-ci ilin yayından “Milan”da çıxış edir. Onun transfer dəyəri 10 milyon avro qiymətləndirilir.
Tomori ötən mövsüm A Seriyasında 33 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.
