“Yuventus”la “Milan”ın hədəfindədir - Yunanıstanlı hücumçu

18:20 İtaliya 163
“Yuventus”la “Milan”ın hədəfindədir - Yunanıstanlı hücumçu

“Benfika”nın hücumçusu Vangelis Pavlidis İtaliyanın iki aparıcı klubunun diqqət mərkəzindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” və “Milan” bu mövsüm yunan futbolçunun çıxışını diqqətlə izləyir.

Hər iki klub hücumçunun transferi uğrunda mübarizəyə qoşulmağı planlaşdırır. “Benfika”nın isə oyunçusu üçün təxminən 100 milyon avro tələb etdiyi bildirilir.

Daha əvvəl “Barselona”nın da Pavlidislə maraqlandığı bildirilib.

26 yaşlı futbolçu bu mövsüm Portuqaliya çempionatında 7 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti