Hazırda işsiz olan italiyalı məşqçi Antonio Kontenin Avropanın iki klubunun maraq dairəsində olduğu bildirilir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” və “Mançester Yunayted” 57 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirməkdə maraqlıdır.
Konte son olaraq “Napoli”də çalışıb və 2025/26 mövsümünün sonunda komandadan ayrılıb.
Hazırda “Yuventus”a Luçano Spalletti, “Mançester Yunayted”ə isə Maykl Karrik rəhbərlik edir.
