“Yuventus” onun satışından ən azı 25 milyon avro qazanmağı planlaşdırır

01:40 İtaliya 66
“Yuventus” onun satışından ən azı 25 milyon avro qazanmağı planlaşdırır

“Yuventus”un yarımmüdafiəçisi Ten Kopmeyners yaxın transfer pəncərəsində komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Turin təmsilçisində niderlandlı futbolçunun çıxışından narazıdırlar. Kopmeyners “Yuventus”a keçdiyi vaxtdan özünü tam göstərə bilməyib. Klub onun satışından ən azı 25 milyon avro qazanmağı planlaşdırır.

Yay transfer dövründə 28 yaşlı oyunçu ilə yalnız “Beşiktaş”ın maraqlandığı, ancaq İstanbul klubunun Kopmeynersi Türkiyəyə köçməyə razı sala bilmədiyi bildirilir.

Bu səbəbdən, “Yuventus” qışda futbolçunu icarəyə vermək variantını da nəzərdən keçirə bilər.

Kopmeynersə “Qalatasaray”, “Monako”, “Everton” və “Nyukasl”ın maraq göstərdiyi qeyd olunur. Səudiyyə Ərəbistanından iki klubun da onun vəziyyətini izlədiyi bildirilir.

Kopmeyners bu mövsüm bütün turnirlərdə 6 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri