Müqavilə məsələsində yarımmüdafiəçisi ilə anlaşa bilmir - “Sabah”ın rəqibi

30 Sentyabr 01:40 İtaliya 406
Müqavilə məsələsində yarımmüdafiəçisi ilə anlaşa bilmir - “Sabah”ın rəqibi

“Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo-Anqissa klubunu dəyişə bilər.

Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, Neapol təmsilçisi 30 yaşlı futbolçu ilə müqavilənin müddətinin uzadılması barədə razılığa gələ bilmir.

Tərəflər arasında danışıqların dalana dirəndiyi bildirilir.

“İnter”, “Milan” və “Yuventus” vəziyyəti yaxından izləyir.

Anqissa bu mövsüm İtaliya A Seriyasında 4 matçda meydana çıxıb.

“Transfermarkt” portalı kamerunlu yarımmüdafiəçinin dəyərini 15 milyon avro qiymətləndirir. Onun komandası UEFA Çempionlar Liqasının 7-ci turunda, yanvarın 20-də “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!
15 Noyabr 01:10 Mahir kimə şərik oldu?