Rəhbərliklə dil tapa bilmir - Daha çox qazanmaq fikrinə düşüb

00:10 İtaliya 109
Rəhbərliklə dil tapa bilmir - Daha çox qazanmaq fikrinə düşüb

“İnter” “Napoli”nin yarımmüdafiəçisi Andre Zambo Anqissanı transfer etmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kamerunlu futbolçunun gələcəyi hələ qeyri-müəyyən olaraq qalır.

Oyunçu ilə klub rəhbərliyi arasında yeni müqavilə ilə bağlı danışıqlar nəticəsiz qalıb.

Tərəflər arasında əsas fikir ayrılığı isə futbolçunun maaşı ilə bağlıdır. Anqissa ildə təxminən 6 milyon avro qazanmaq istəyir.

“İnter” yaranmış vəziyyəti yaxından izləyir. Yarımmüdafiəçinin “Napoli” ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacağı üçün Milan klubu onu azad agent kimi heyətinə qata bilər.

”Napoli” “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Tərəflər 20 yanvarda, Bakıda qarşı-qarşıya gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!