“Milan”ın baş məşqçisi Ruben Amorim heyəti keçmiş klubu “Mançester Yunayted”in futbolçusu ilə gücləndirmək istəyir.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “qırmızı şeytanlar”ın müdafiəçisi Leni Yoronun transferində maraqlıdır.
Bildirilir ki, tərəflər arasında sözləşmə yaxın transfer pəncərəsində baş tuta bilər.
20 yaşlı futbolçu 2024-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir. Müdafiəçinin dəyəri 50 milyon avro qiymətləndirilir.
Fransalı futbolçu bu mövsüm Premyer Liqada 2 oyunda meydana çıxıb.
