"Oyunun gedişatını təkbaşına dəyişə biləcək superulduzumuz yoxdur"

18:20 İtaliya 72
"Oyunun gedişatını təkbaşına dəyişə biləcək superulduzumuz yoxdur"

İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali Millətlər Liqasının ilk turunda Belçika yığmasına qarşı 0:2 hesablı məğlubiyyəti şərh edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu komandasının zəif çıxış etdiyini və dərhal toparlanmalı olduğunu bildirib:

“Bir çoxu məyus oldu, lakin biz oyundan sonrakı bütün məqamları, istər azarkeşlərin etirazlarını, istərsə də öz məyusluğumuzu qəbul etməliyik.

Pis oynadıq və məğlubiyyətə layiq idik. Şanslıyıq ki, cəmi üç gündən sonra yenidən meydana çıxacağıq, dərhal özümüzə gəlməliyik.

Biz birlikdə çox vaxt keçirməli və komanda kimi formalaşmaq üzərində işləməliyik.

Oyunun gedişatını təkbaşına dəyişə biləcək superulduzumuz yoxdur. İnanıram ki, zaman keçdikcə güclü tərəflərimiz üzə çıxacaq”.

İtaliya millisi ardıcıl üç dünya çempionatında iştirak hüququ qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti