“İnter”in rəhbərliyi Hakan Çalhanoğlu ilə bağlı nə qərar verdi?

4 Oktyabr 00:20 İtaliya 338
“İnter”in rəhbərliyi Hakan Çalhanoğlu ilə bağlı nə qərar verdi?

“İnter”in rəhbərliyi komandanın yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə bağlı qərarını verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun əsas prioriteti 32 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmaqla bağlı danışıqlardır.

Tərəflərin razılığa gələcəyi təqdirdə, Çalhanoğlunun bonuslar nəzərə alınmaqla illik maaşının 6,5 milyon avroya çatacağı bildirilir.

Türkiyəli futbolçu 2021-ci ilin yayından “İnter”də çıxış edir. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.

“Transfermarkt” Çalhanoğlunun dəyərini 16 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib