Transfer bazarında bir neçə klubun diqqət mərkəzinə düşdü - Qiymətini müəyyənləşdirdilər

01:30 İtaliya 91
Transfer bazarında bir neçə klubun diqqət mərkəzinə düşdü - Qiymətini müəyyənləşdirdilər

“İnter”in yarımmüdafiəçisi Petar Suçiç transfer bazarında bir neçə klubun diqqət mərkəzinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Real”, “Nyukasl” və “Nottingem Forest”in maraq dairəsindədir.

“İnter” Suçiçin transfer qiymətini 60-65 milyon avro müəyyənləşdirib. Xorvatiyalı yarımmüdafiəçinin Milan klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.

Suçiç bu mövsüm İtaliya çempionatında 4 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 03:50 FIDE prezidenti Bakıdadır