“İnter”in yarımmüdafiəçisi Aleksandar Stankoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.
Premyer Liqanın bir neçə klubu 21 yaşlı futbolçu üçün 40 milyon avroluq təklif hazırlayır.
Stankoviç hələlik komandadan ayrılmaqda israr etmir. Ancaq oyun vaxtının az olması onun gələcəyi ilə bağlı qərarına təsir göstərə bilər.
Serbiyalı yarımmüdafiəçi cari mövsümdə İtaliya çempionatında cəmi 3 oyunda meydana çıxıb və ümumilikdə 44 dəqiqə oynayıb.
“İnter” Stankoviçi ötən yay Belçika “Brügge”sindən 23 milyon avroya transfer edib. Onun Milan klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədə
