"Onlar Premyer Liqanı dağıtmaq istəyirl" - ANONS ETDİ

29 Oktyabr 2020 13:26 İngiltərə 522
"Onlar Premyer Liqanı dağıtmaq istəyirl" - ANONS ETDİ

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Avropa Premyer Liqası ideyasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Venger bu ideyanın İngiltərə Premyer Liqasına böyük zərbə vuracağını deyib.

O, ideyanı irəli sürənlərin məqsədinin İngiltərə Premyer Liqasını dağıtmaq olduğunu vurğulayıb:

“Düşünmürəm ki, Avropa bu ideyaya hazırdır. İngiltərə Premyer Liqasının səviyyəsi digər çempionatları üstələyir. Onlar Premyer Liqanı dağıtmaq istəyirlər.

Bunun üçün də ən yaxşı vasitə Avropa Premyer Liqasını yaratmaqdır. Əgər ideya müəllifləri İngiltərə nəhənglərindən müsbət cavab alsalar, onda istəklərinə nail olacaqlar.

Bu da futboldur, amma indi sahibkarlar və investorlar dövründə yaşayırıq. İnvestorlar üçün ilk prioritet pul qazanmaqdır. Avropa Super Liqası - bəlkə də daha çox pul qazanmağın yolu budur”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"