“Mançester Yunayted”in qapıçısı Senne Lammens komandanın yeni mövsümdə İngiltərə Premyer Liqasındakı hədəflərindən danışıb.
Sportinfo.az “SimplyUtd”-ə istinadən xəbər verir ki, belçikalı qolkiper, yenidən UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq istədiklərini bildirib:
“Əlbəttə, yenidən Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirik. Ancaq ötən mövsümün uğurlu keçməsindən sonra daha böyük hədəflərə can atmalıyıq.
Bu, asan olmayacaq, amma məqsədimiz məhz budur”.
“Mançester Yunayted” İngiltərə çempionatının üçüncü turunda səfərdə “Everton”u məğlub edə bilməyib – 2:2. Komanda hazırda 4 xalla Premyer Liqada turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Maykl Karrikin rəhbərlik etdiyi komanda sentyabrın 10-da, Çempionlar Liqasının ilk turunda Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək. Qarşılaşma saat 23:00-da start götürəcək.
