Argentinalı yarımmüdafiəçi yenidən Premyer Liqa təmsilçisinin hədəfində

10:20 İngiltərə 93
Argentinalı yarımmüdafiəçi yenidən Premyer Liqa təmsilçisinin hədəfində

“Arsenal” “Komo”nun yarımmüdafiəçisi Nikolas Pası izləməyə davam edir.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, London klubu ötən yay argentinalı futbolçunun transferini nəzərdən keçirsə də, oyunçu özü İtaliyada qalmağa qərar verib.

Lakin “Arsenal” onunla yenidən maraqlanır və yarımmüdafiəçi gələn il klubun əsas transfer hədəflərindən birinə çevrilə bilər.

Pas 2024-cü ilin avqustunda “Real”dan “Komo”ya keçib. 21 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. “Transfermarkt” onun bazar dəyərini 80 milyon avro qiymətləndirir.

“Arsenal” yayda yeni futbolçuların transferinə 200 milyon avrodan çox vəsait xərcləyib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!