“Heyəti gücləndirdik” - “Sabah”ın rəqibinin baş məşqçisindən İDDİALI AÇIQLAMA

18:40 İngiltərə 120
“Heyəti gücləndirdik” - “Sabah”ın rəqibinin baş məşqçisindən İDDİALI AÇIQLAMA

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik yay transfer dönəmində görülən işləri dəyərləndirib.

İngiltərə klubunun çalışdırıcısı heyətin müxtəlif istiqamətlərdə gücləndiyini bildirib.

“Qırmızı şeytanlar” bu yay “Çelsi”dən Andre Santosu, “Aston Villa”dan Yuri Tilemansı, “Brayton”dan isə Karlos Balebanı transfer edib. Qapıçı Karl Darlou isə “Lids”dən azad agent kimi komandaya qoşulub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis yeni transferlərin komandanı daha da gücləndirdiyini deyib:

“Düşünürəm ki, komandaya həqiqətən yaxşı futbolçular cəlb etdik və heyəti həm fərdi, həm də komanda baxımından müxtəlif istiqamətlərdə gücləndirdik. İnkişaf etdiyimizi düşünürəm. Transfer pəncərəsinə daxil olanda məqsədin əvvəlkindən daha güclü olmaqdır. Buna nail olduğumuza əminəm.

Transfer pəncərələri heç vaxt asan olmur. Xüsusilə, bu dəfə müxtəlif səbəblərdən çətin keçdi.

Premyer Liqada və onun ətrafında böyük məbləğlər xərclənir. Düşünürəm ki, düşdüyümüz vəziyyətdən maksimum yararlandıq.

Bu, yaşadığımız dünyanın reallığıdır. Klublar müəyyən vaxtlarda böyük pullar xərcləyirlər. Bəzən bizdən daha çox, bəzən isə daha az.

Biz əlimizdə olan imkanlardan maksimum istifadə etməli və mövqeyimizi anlamalıyıq. Düşünürəm ki, çox yaxşı komandamız var və inkişafa davam etmək istəyirik”.

“Mançester Yunayted” Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi