Gürcüstan millisinin 17 yaşlı yarımmüdafiəçisi ilə anlaşdı - “Sabah”ın rəqibi

4 Sentyabr 15:40 İngiltərə 965
Gürcüstan millisinin 17 yaşlı yarımmüdafiəçisi ilə anlaşdı - “Sabah”ın rəqibi

Gürcüstan millisinin üzvü Andria Bar­tişvili İngiltərə Premyer Liqasının son çempionu “Arsenal”a keçməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi tibbi müayinədən uğurla keçib. Tərəflər transferin bütün detallarını razılaşdırıblar.

Bar­tişvili gələn yay 18 yaşını tamamladıqdan sonra “topçular”ın düşərgəsinə qoşulacaq.

O, hazırda Gürcüstanın “İberiya 1999” komandasında icarə əsasında çıxış edir. Onun klubla müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq.

“Transfermarkt” portalı Bar­tişvilinin dəyərini 1,5 milyon avro qiymətləndirir.

“Arsenal” “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!