Hollivud ulduzu klubu almaq, Premyer Liqaya çıxarmaq istəyir

18:20 İngiltərə 122
Hollivud ulduzu klubu almaq, Premyer Liqaya çıxarmaq istəyir

Hollivud ulduzu Hyu Cekman İngiltərənin “Norviç Siti” klubunun səhmlərini almaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “X-Men” filmindəki “Loqan” rolu ilə tanınan avstraliyalı aktyor bu barədə “Talksport”a müsahibəsində bildirib.

O, klubun həmtəsisçisi olmaq üçün artıq rəsmi danışıqlara başladığını gizlətməyib:

“Bu məsələdə çox maraqlıyam və hazırda danışıqlar aparıram. Bir neçə dəfə “Kerrou Rouda” (komandanın stadionu) getmişəm, bu komandanı çox sevirəm.

Biz mütləq Premyer Liqaya yüksələcəyik, bu mənim proqnozumdur. İnanıram ki, həm “Norviç”, həm də “Rekshem” bu mövsüm Premyer Liqaya vəsiqə qazanacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi