“Mançester Yunayted”in sabiq vingeri Ceydon Sanço karyerasını İngiltərə Premyer Liqasının başqa klubunda davam etdirə bilər.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu hazırda Premyer Liqanın iki klubu ilə danışıq aparır.
İngiltərə millisinin üzvünə daha əvvəl formasını geyindiyi Dortmund “Borussiya”sı da maraq göstərir.
Bundan başqa, onun xidmətində Türkiyə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin klubları da maraqlıdır.
Sanço bu yay “Mançester Yunayted”dən azad agent kimi ayrılıb və hələ də özünə yeni klub tapa bilməyib. “Transfermarkt” portalı onun bazar dəyərini 18 milyon avro qiymətləndirir.
