Ödənişi gecikdirdilər, FİFA transfer qadağası qoydu

12 Sentyabr 09:00 Hadisə 452
Ödənişi gecikdirdilər, FİFA transfer qadağası qoydu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası “Soçi” ciddi sanksiya ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, FIFA Rusiya klubuna transfer qadağası qoyub.

Buna səbəb aşağı liqa təmsilçisinin ötən il sentyabrın 1-də İsrail klubu “Makkabi”dən (Təl-Əviv) alınan müdafiəçi Nemanya Stoiçin transferi üçün ödənişin gecikdirilməsidir. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.

FIFA bu üzdən “Soçi”yə üç “transfer pəncərəsi” ərzində yeni futbolçuların qeydiyyatına icazə verməyəcək.

“Soçi” I Liqada 10 turdan sonra 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?