“Neftçi”nin baş məşqçisi Yuri Vernidub komandanın hazırkı müdafiə xəttindən narazıdır.
Xüsusilə stoper mövqeyi narahatlıq yaradır.
Son oyunlarda İqor Ribeyronun yol verdiyi səhvlər məşqçilər korpusunu ciddi məyus edib.
Təsadüfi deyil ki, "Şəfa" və "İmişli" ilə qarşılaşmalarda Ribeyronu ehtiyat oyunçular skamyasında gördük.
Əcnəbi baş məşqçi mövsümün sonuna qədər hazırkı stoperlərlə yola davam etməyi riskli hesab edir. Bu səbəbdən rəhbərliyə yeni əcnəbi stoperin transfer olunmasını xahiş edib.
“Neftçi” rəhbərliyi artıq bu istiqamətdə hərəkətə keçib. Hazırda yeni stoperin tapılması üçün aktiv axtarışlar gedir.
XANOĞLAN/ SPORTİNFO.AZ
