Şotlandiyanın “Reyncers” klubunun belçikalı yarımmüdafiəçisi Nikolas Raskin İngiltərə Premyer Liqası təmsilçilərinin maraq dairəsindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunu heyətinə qatmaqda “Kristal Pelas”, “Tottenhem”, “Lids” və “Nottingem Forest” maraqlıdır.
“Beşiktaş” da yayda Raskini transfer etmək istəyib, ancaq tərəflər razılığa gələ bilməyib.
Nikolas Raskin 2023-cü ilin yanvarından “Reyncers”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin mayının sonunda başa çatacaq. Yarımmüdafiəçinin transfer dəyəri 17 milyon avro qiymətləndirilir.
