“Bornmut”un hücumçusu Evanilson İngiltərə Premyer Liqasının top-klublarının diqqətini çəkib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə “Arsenal” və “Mançester Yunayted” maraqlanır.
Hər iki klubun qış transfer dövründə hücum xəttini gücləndirmək istədiyi və Evanilsonun mümkün namizədlər arasında olduğu bildirilir.
26 yaşlı forvard “Bornmut”un heyətində keçirdiyi 75 oyunda 18 qol vurub və 11 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.
Braziliyalı hücumçunun “Bornmut”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Onu heyətinə qatmaqda maraqlı olan hər iki klub Azərbaycan çempionu “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində rədibləridir.
