İçkili vəziyyətdə adamı döydü, azadlığa buraxılmadı

00:10 İngiltərə 60
İçkili vəziyyətdə adamı döydü, azadlığa buraxılmadı

“Mançester Siti”nin sabiq futbolçusu Co Bartonun başı yenidən hüquqi problemlərə qarışıb.

Sportinfo.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, məsələ mart ayında baş verən insidentlə bağlıdır.

Barton qolf klubunun yaxınlığında bir şəxsi döyüb. Hadisədən əvvəl hər iki şəxsin birlikdə spirtli içki qəbul etdiyi bildirilir.

İngiltərəli keçmiş futbolçu girov müqabilində azadlığa buraxılacağına ümid etsə də, məhkəmənin mövqeyi fərqli olub.

Hakimlər Bartonu ictimai təhlükəli, təkrar cinayət törətməyə meyilli şəxs kimi qiymətləndiriblər və onun həbsdə qalmasını məqsədəuyğun hesab ediblər.

Bartonla bağlı növbəti məhkəmə iclası 2027-ci il martın 8-nə təyin olunub. Yalnız həmin tarixdə onun azadlığa çıxmaq şansı yaranacaq. Ancaq keçmiş futbolçunun azadlığa buraxılacağı hələ də sual altındadır.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq